Azərbaycanlı futbolçu Latviyada bir oyunda 5 qol vurdu

Futbol üzrə Latviya Birinci Liqasında 14-cü turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. Komandasının 6 qolundan 5-ni məhz Vüqar vurub. O, matçın 7, 31, 35, 54 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdırıb.

“Dauqavpils” isə 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Tarix: 19 Avqust [15:40]
Oxunub: 24 dəfə
Müəllif: Aut.az

Hakimi vuran azarkeş azadlığa buraxıldı

Aut.az

Almeydalı “Astana”dan Kiyev “Dinamo”su ilə heç-heçə

Aut.az

Millinin “sükan"ı “Qarabağ”ın rəqibinin futbolçusunun atasına tapşırıldı

Aut.az

İstanbul derbisinin hakimləri müəyyənləşdi

Aut.az

Üç məmuru ömürlük futboldan uzaqlaşdırıldı

Aut.az

"Beşiktaş" daha bir hücumçusunu ərəblərə satır

Aut.az

Azərbaycan millisinin sabiq üzvü Qazaxıstan yığmasına baş məşqçisi oldu

Aut.az

Sneyder qəzaya uğradı - FOTO

Aut.az

Okan Buruk “Rizəspor”da

Aut.az

AL: “Milan” Lüksemburq, “Çelsi” Yunanıstan səfərində - BU GÜN

Aut.az