21 Fevral 2019
Eddi İsrafilov 6 dəqiqə oynadı

Futbol üzrə İspaniya Sequndasında yeni mövsümə start verilib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Xixon “Sportinq”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, matçın 84-cü dəqiqəsində meydana buraxılıb.
Tarix: 19 Avqust [10:50]
|
Oxunub: 59 dəfə
|
Müəllif: Aut.az
|