Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

Fransanın “Bordo” klubunun rəhbərliyi komandanın baş məşqçisi Qustavo Poyeti cəzalandırıb.

Uruqvaylı mütəxəssis bir həftəlik işindən kənarlaşdırılıb. 

Belə bir qərarın qəbul olunmasına onun bir neçə gün öncə Qaetan Labordun “Monpelye”yə satılmasını sərt tənqid etməsi səbəb olub. Belə ki, Poyet rəhbərliyin aparıcı futbolçulardan olan Labordu satarkən onunla məsləhətləşməməsindən narazı qalıb.

Baş məşqçinin bu şəkildə cəzalandırılması futbolçular arasında da narazılığa səbəb olub. Bu üzdən klub prezidenti Stefan Marten onlardan bəzisi ilə şəxsən görüşmək məcburiyyətində qalıb.

Fransa mətbuatının iddiasına görə, Poyet bir həftəlik cəzalandırısa da, onun mövsümün sonunadək komandaya rəhbərlik etməsinə icazə verilməyəcək. Belə ki, klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb. Amma Qustavo ilə müqavilə də qüvvədə qalacaq.

Qustavo Poyet “Bordo”nu 2018-ci ilin yanvar ayından çalışdırır. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümdə 38 oyuna 55 xalla 6-cı yeri tutub.

 
Tarix: 18 Avqust [16:40]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

Mövsümün sonunda "Beşiktaş"da ayrılacaq ilk futbolçu müəyyənləşdi

Aut.az

Qadınlarla bağlı sözəri ölkəni qarışdırdı

Aut.az

"Real" PSJ üçün kabusa çeviriləcək: hədəf kimdir?

Aut.az

Ölən futbolçunun transferində razılıq əldə olundu

Aut.az

Millinin sabiq futbolçusu 1 kq kokainlə yaxalandı - FOTO

Aut.az

Vəhşcəsinə öldürülən futbolçunun ailəsindən şok açıqlama

Aut.az

Günün oyunları – TV

Aut.az

“Fənərbaxça” "Zenit"ə, “Qalatasaray” "Benfika"ya qarşı - BU GÜN

Aut.az

Kumanın yeni iş yeri məlum oldu

Aut.az

“Vorskla" liqadan kənarlaşdırılır

Aut.az