“Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçularla gücləndirib.

A Seriyası təmsilçisi “transfer pəncərəsinin son günündə (17 avqust İtaliyada “transfer pəncərəsi”nin son günü idi) İspaniyanın "Valensiya" klubunun italiyalı forvardı Simone Zazanı, digər La Liqa təmsilçisi “Vilyarreal”dan italiyalı yarımmüdafiəçi Roberto Sorianonu və Fransanın “Nant” klubundan fransalı müdafiəçi Koffi Djidjini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu bir mövsümlük icarəyə götürülüb. Lakin “Torino” onları mövsümün sonunda transfer hüquqlarını almaq şərti ilə heyətinə qatıb.

27 yaşlı Zaza “Atalanta”nın yetirməsidi. O, karyerası ərzində “Sampdoriya”, “Yuve Stabiya”, “Viareccio”, “Askoli”, “Yuventus”, “Sassuolo”, “Vest Hem” və “Valensiya” klublarında da forma geyinib. İtaliya yığmasında da forma geyinən Simone La Liqa klubuna 2017-ci ildə “Yuventus”dan transfer olunmuşdu.

“Sampdoriya”nın yetirməsi olan Soriano da İtaliyada “Empoli”nin də şərəfini qoruyub. 27 yaşlı oyunçu “Vilyarreal”a 2016-cı ildə “Sampdoriya”dan transfer olunmuşdu. Roberto İtaliya yığmasında 8 oyun keçirib.

Djidjdi isə elə “Nant”ın yetirməsidi. 25 yaşlı futbolçu peşəkar karyerasına 2012-ci ildə məhz Fransa klubunda başlayıb.

 

Tarix: 18 Avqust [16:20]
Oxunub: 57 dəfə
Müəllif: Aut.az

Miloş Krasiç əvəzedici komandada

Aut.az

Super Liqa oyununda əcnəbi hakim

Aut.az

Hakimi vuran azarkeş azadlığa buraxıldı

Aut.az

Almeydalı “Astana”dan Kiyev “Dinamo”su ilə heç-heçə

Aut.az

Millinin “sükan"ı “Qarabağ”ın rəqibinin futbolçusunun atasına tapşırıldı

Aut.az

İstanbul derbisinin hakimləri müəyyənləşdi

Aut.az

Üç məmuru ömürlük futboldan uzaqlaşdırıldı

Aut.az

"Beşiktaş" daha bir hücumçusunu ərəblərə satır

Aut.az

Azərbaycan millisinin sabiq üzvü Qazaxıstan yığmasına baş məşqçisi oldu

Aut.az

Sneyder qəzaya uğradı - FOTO

Aut.az