“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Şerif”i ilə ilk oyuna itkilərlə çıxacaq.

Ağdam klubunun hücumçusu İnnosent Emeqara Moldovada baş tutacaq ilk görüşdə komandasına kömək edə bilməyəcək. Buna səbəb onun cəzalı durumda olmasıdı.

Belə ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarus BATE-si ilə səfər oyununda qırmızı vərəqə alan Emeqara bu üzdən azı bir matçda meydana çıxmayacaq. UEFA-nın İntizam Komitəsi hələlik bu barədə rəsmi qərarını açıqlamayıb. Lakin onun ikinci sarı vərəqədən sonra meydandan qovulduğunu nəzərə alsaq, böyük ehtimalla elə bir oyunluq cəzalanacaq.

Emeqaradan əlavə, uzun müddətə sıradan çıxan yarımmüdafiəçi Dani Kintana da “Şerif”lə səfər oyununda meydana çıxmayacaq.

“Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Tarix: 17 Avqust [19:20]
Oxunub: 107 dəfə
Müəllif: Aut.az

“Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

Aut.az

Fiqunun nəfəsini kəsən, “Neftçi”ni çempion edən marşrut sürücüsü

Aut.az

Azərbaycanlı referi final oyununa təyinat aldı

Aut.az

“Səbail” “Beroe”yə qarşı - BU GÜN

Aut.az

"Neftçi" - "Speranta" matçının saatı açıqlandı

Aut.az

Yeni transferi “Qarabağ”la məşqlərə başladı

Aut.az

“Qarabağ”ın Avstriyada ikinci sınağı - BU GÜN

Aut.az

"Partizani" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az