Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi: “Bu, böyük uğurdu”

"Atletiko” UEFA Superkuboku uğrunda oyunda "Real”ı 4:2 hesabı ilə məğlub edib. 
 
Tarixində üçüncü dəfə Superkuboka sahib çıxan Madrid klubunun bu uğuru uzun illər "Atletiko” ilə əməkdaşlıq etmiş "Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədovun da diqqətindən kənarda qalmayıb. 
 
 Madridliləri qələbə münasibəti ilə təbrik edən Hafiz Məmmədov qısaca bunları deyib: "Atletiko” ilə bu gün də çox gözəl münasibətlərimiz var. "Land of fire Azerbaijan” brendi Madrid klubunun sayəsində kifayət qədər tanındı, ölkəmizin reklamı baxımından özünü tam doğrultdu. "Atletiko”nun bugünkü uğurları bizi çox sevindirir. Komanda UEFA Superkubokunu qazanmaqla növbəti titulunu qazandı. Özü də "Atletiko” həlledici görüşdə son 3 ildə Çempionlar Liqasını qazanan "Real”dan üstün oldu. Bu, böyük uğurdu. Qələbə münasibəti ilə klubun rəhbərliyini, eləcə də bütün dünyadakı azarkeşlərini təbrik edirəm”. 
 
 Xatırladaq ki, Madrid klubu bir neçə il əvvəl Hafiz Məmmədovun təşəbbüsü ilə "Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində meydana üzərində "Land of fire Azerbaijan” yazılmış forma ilə çıxırdı. Komanda ölkəmizlə əməkdaşlıq etdiyi ilk ildəcə "Barselona” və "Real”ın hegemonluğuna son qoyaraq La Liqada çempion oldu, eləcə də Çempionlar Liqasında finala yüksəldi. 
 
 "Bakı” ilə "Atletiko” arasında əməkdaşlıq müqaviləsi başa çatsa da, tərəflər arasında münasibət bu gün də davam edir. Təsadüfi deyil ki, ötən il "Atletiko” Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”la oyun üçün paytaxtımıza səfəri zaman Madrid klubunun prezidenti Enrike Serezo ilə Hafiz Məmmədov arasında görüş keçirilmişdi. Həmin görüş zamanı Serezo "Hafiz Məmmədov mənim dostumdu. "Land of fire Azerbaijan” brendini daşıdığımız zaman "Atletiko” çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz bəylə yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq” fikirlərini səsləndirmişdi. 
Tarix: 17 Avqust [19:00]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az