Ramil Quliyevin ukraynalı həyat yoldaşı - FOTOLAR

Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet (sprinter) Ramil Quliyev təkcə qazandığı uğurlarla deyil, şəxsi həyatı ilə də diqqət mərkəzinə düşür. 
 
28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə ailə həyatı qurub. Cütlük tez-tez sosial şəbəkədə fotolarını paylaşır və sevgilərini hər kəsə nümayiş etdirir. 
 
Qeyd edək ki, cütlüyün münasibəti bir neçə ildir davam edir. Marqarita türk vətəndaşlığını da qəbul edib. Cütlük zamanlarının çoxunu səyahətlərdə keçirir, tədbirlərə bir yerdə qatılırlar. 
 
2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev, Dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmdə, 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.
 
Ramil Quliyev həmçinin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medal, 2013-cü ildə baş tutan Aralıq dənizi Oyunlarında 2 gümüş medal, 2007-ci ildə baş tutan Avropa Gənclər Olimpiya Festivalında isə 1 qızıl və 1 bürünc medal qazanıb.
 
Ramil Quliyev, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur. 
 





 
 
Tarix: 17 Avqust [16:00]
Oxunub: 125 dəfə
Müəllif: Aut.az

Ronaldo indi də bu gözələ yazır - FOTOLAR

Aut.az

Sneyderin arvadının çılpaq fotoları sosial medianı "partlatdı" - FOTOLAR

Aut.az

Bu gözəli 600 min nəfər izləyir - FOTOLAR

Aut.az

Futbolçunun sevgilisi: "İki hobbim var, soyunmaq və..." - FOTOLAR

Aut.az

Neymar seçkilərə görə sevgilisindən ayrıldı - FOTOLAR

Aut.az

Dünyanın ən yaxşı 10 stadionu - FOTOLAR

Aut.az

Məşhur qapıçının həyat yoldaşından "yandıran" - FOTOLAR

Aut.az

Bu futbolçunun yaşı ölkəni qarışdırdı - FOTOLAR

Aut.az

"Kurtlar Vadisi Türkiyə Futbolu" - FOTOLAR

Aut.az

"Balotelli yataqda ondan daha yaxşıdır" - FOTOLAR

Aut.az