Sərdar Sərdarov "Krakoviya"da

Azərbaycan əsilli rusiyalı futbolçu Sərdar Sərdarovun yeni klubunun adına aydınlıq gəlib. 24 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək. O, "Krakoviya" klubu ilə münasibətlərini rəsmiləşdirib.  Polşa klubu Sərdarovla 1+1 illik sözləşmə imzalayıb.
 
Sərdarov yay transfer dönəmində "Sumqayıt"ın düşərgəsində olsa da, onunla müqavilə imzalanmayıb. Rusiya “Yenisey”inin 150 min avro borclu olduğu futbolçu klubdan maaşını almağa çalışırdı. Ruslar isə pulu verə bilmir, əvəzində Sərdarı sərbəst buraxmağa razılaşmışdı. Amma sumqayıtlılar bu məbləği ödəmək gücündə deyildi.
 
AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu səbəbdən ölkəmizə gəlmirdi. Variantlar axtaran hücumçu nəhayət, istədiyini Polşada tapdı. “Sumqayıt”da isə hücumçu almayıb hələ də onu gözləyirlər. Bir ay toplanışda hazırlıq keçən futbolçuya çəkilən xərcin kimin cibindən çıxdığı da bəllidi. İndiSərdarov Polşada “Sumqayıt” üçün qollar vuracaq.
 
Tarix: 17 Avqust [15:40]
Oxunub: 54 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az