25 ildən sonra "Yuventus"dan ayrıldı

“Yuventus”un italyan yarımmüdafiəçisi Klaudio Markizio komandanı tərk edib.

Bu barədə klubun rəsmi saytı məlumat verib.

Xəbərdə Markizionun müqaviləsinin qarşılıqlı şəkildə razılaşaraq, ləğv edildiyi qeyd olunub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi.

“Yuventus” Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.

Markizio 1993-cü ildən “Yuve”nin aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə “qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə “Empoli”də icarədə olub.

Tarix: 17 Avqust [15:00]
Oxunub: 46 dəfə
Müəllif: Aut.az

Azarkeşlər istefaya çağırdı

Aut.az

İranda dəhşəti yaşayan futbolçu: 6 ay həbs, 75 qamçı, 2 il hərbi xidmət...

Aut.az

Miloş Krasiç əvəzedici komandada

Aut.az

Super Liqa oyununda əcnəbi hakim

Aut.az

Hakimi vuran azarkeş azadlığa buraxıldı

Aut.az

Almeydalı “Astana”dan Kiyev “Dinamo”su ilə heç-heçə

Aut.az

Millinin “sükan"ı “Qarabağ”ın rəqibinin futbolçusunun atasına tapşırıldı

Aut.az

İstanbul derbisinin hakimləri müəyyənləşdi

Aut.az

Üç məmuru ömürlük futboldan uzaqlaşdırıldı

Aut.az

"Beşiktaş" daha bir hücumçusunu ərəblərə satır

Aut.az