Sabiq "Xəzər Lənkəran"lıdan prezidentə sərt sözlər: "Sən olan yerdə işləmərəm"

"Beşiktaş"ın sabiq hücumçusu Oqtay Dərəlioğlu sabiq komandasının hazırkı prezidenti Fikrət Ormanla bağlı "Takvim" qəzetində "Fikrət Orman həddini aşdı" başlıqlı yazı yazıb.
 
Veteran futbolçu klub prezidentinin siyasətini sərt şəkildə tənqid edib: "Fikrət Orman son illərdə "Beşiktaş"ın bir çox ulduzunu satdı. Amma 2,1 milyard borc açıqlanır. Əslində, gizli mənbələr mənə borcun 3,5 milyard olduğunu deyirlər. Fikrət Orman özünü "Beşiktaş"ın yaradıcısı kimi aparır. Orman açıqlamasında "Keçmiş futbolçular məndən iş istəyirlər, verməyəndə də üstümə hücum edirlər" deyib. Mən həyatımda ondna iş istəmədim. İkincisi də Orman olan yerdə mən işləmərəm. "Beşiktaş" formasını qürurla tərlədən hər bir futbolçunun iş istəməyə haqqı çatır. Sən kimsən ki, keçmiş oyunçuları belə aşağılayırsan? Sənə heç kim bu haqqı vermir! Belə davam etsən, səni də biri dayandıracaq! "Beşiktaş" borc içində üzür. Transferlərdən, reklamlardan o qədər qazanc gəlir, amma borc azalmır ki, azalmır. "Beşiktaş" camiəsi Fikrət Ormana həddini göstərəcək. Bu klub səndən öncə də olub! Səndən sonra da olacaq! Süleyman Seba bu klubu borc olmadan təhvil vermişdi. İndi isə "Beşiktaş" çöküşdədir. Bu qədər uğurdan sonra borcların aşağı enməməsi məni çox təəccübləndirir. Ormanın etdikləri həddini aıb"
 
Qeyd edək ki, Oqtay Dərəlioğlu futbolçu karyerası dönəmində 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.
Tarix: 17 Avqust [14:40]
Oxunub: 88 dəfə
Müəllif: Aut.az

De Xea qərarını verdi

Aut.az

Kloppun yeganə səhvi "Liverpul"u çalışdırmasıdır - Runi

Aut.az

"Borussiya"dan 300 milyonluq müqavilə

Aut.az

"Yuventus"dan 400 min avroluq transfer

Aut.az

Mançini "Roma"da - Rəsmi

Aut.az

Hollandiya Futbolçular Birliyinin prezidenti oldu – Ukraynalı

aut.az

Neymar üçün "Real", "Yuventus" və "Bavariya" variantları

Aut.az

"Çelsi"nin formasında Rusiya bayrağı - FOTOLAR

Aut.az

"Tottenhem"dən "Atletiko"ya

Aut.az

Tunisli futbolçu rəsmən “Yuventus”da

Aut.az