“Beşiktaş” İngiltərədən əl çəkmir

Əsas qapıçısı Fabrinin “Fulhem”ə satılmasından sonra bütün diqqətini qolkiper transferinə yönəldən “Beşiktaş”ın gözü İngiltərədədir.

“Qara qartallar” “Roma”dan Alisson Bekkeri transfer edən “Liverpul”un digər qapıçısı Loris Kariusu icarəyə götürmək istəyir. Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppun da 25 yaşlı qapıçının bir mövsümlük başqa komandada oynamasına müsbət yanaşdığı deyilir.

Kariusdan əvvəl “Liverpul”un digər qapıçısı Simon Minyoleylə maraqlanan İstanbul təmsilçisi həm klubun, həm də futbolçunun tələb etdiyi məbləği ödəyə bilməyəcəyi üçün bu transferdən imtina edib.

Karius Çempionlar Liqasının finalında - “Liverpul”un “Real”a 1:3 hesabı ilə məğlub olduğu oyunda biabırçı səhvləriylə gündəmə gəlmişdi.

2016-cı ildə “Liverpul”a transfer olunan almaniyalı futbolçunun klubu ilə 2021-ci ilədək müqaviləsi var. Onun transfer qiyməti 12 milyon avro olaraq göstərilir.

Tarix: 14 Avqust [21:00]
Oxunub: 59 dəfə
Müəllif: Aut.az

Azarkeşlər istefaya çağırdı

Aut.az

İranda dəhşəti yaşayan futbolçu: 6 ay həbs, 75 qamçı, 2 il hərbi xidmət...

Aut.az

Miloş Krasiç əvəzedici komandada

Aut.az

Super Liqa oyununda əcnəbi hakim

Aut.az

Hakimi vuran azarkeş azadlığa buraxıldı

Aut.az

Almeydalı “Astana”dan Kiyev “Dinamo”su ilə heç-heçə

Aut.az

Millinin “sükan"ı “Qarabağ”ın rəqibinin futbolçusunun atasına tapşırıldı

Aut.az

İstanbul derbisinin hakimləri müəyyənləşdi

Aut.az

Üç məmuru ömürlük futboldan uzaqlaşdırıldı

Aut.az

"Beşiktaş" daha bir hücumçusunu ərəblərə satır

Aut.az