İrqçilik edən futbolçu cəzalandırıldı

Çin çempionatında çıxış edən "Şanxay Şenhua"nın formasını geyən Demba Ba-ya qarşı irqçi hərəkət edən çinli futbolçu Zanq Li haqda qərar açıqlanıb.
 
Hadisələrin ardından Çin Futbol Federasiyası sözügedən oyunçunu cəzalandırıb. Belə ki, 6 oyunluq diskvalifikasiyaya məruz qalan Zanq Li bununla yanaşı 42 min yuan cərimə olunub. 
 
Verilən qərarla bağlı açıqlamada cəzanın irqçilik əvəzinə "sosial sabitliyi və müsabiqənin seyrini pozan hərəkətlər" adlandırılması isə diqqət çəkib.
 
Ötən həftə "Çanqçun Yatay"la keçirilən və 1:1 hesabı ilə yekunlaşan matçda rəqib komandanın üzvü Zanq Linin irqçi sözlərinə məruz qalan seneqallı ulduz bərk qəzəblənsə də komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilmişdi.  
Tarix: 14 Avqust [20:20]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az