Klub çempion futbolçularını satıb keçi aldı - FOTOLAR

Türkiyənin İsparta şəhərində fəaliyyət göstərən "Gülspor" klubu maraqlı addım atıb.
 
1954-cü ildə qurulan klubun rəhbərliyi yetirməsi olan futbolçuları satara keçi alıb.
 
"Gülspor" klubu həvəskarlar liqasında çıxış etməkdən imtink edib və arıq 9 ildi 11-19 yaşlı futbolçularla uşaq və gənclər liqalarında çıxış edir. Bölgənin ən köklü klubu həm həvəskarlar liqası, həm də peşəkar klubların aşağı yaş qrupları üçün futbollar yetişdirir. 
 
Bu günlərdə isə klub rəhbərliyi yetirmələri olan 18 futbolçunu 15 min lrrə qarşılığında həvəskar klublara sataraq keçi satın alıb. İndi 150 futbolçusu olan klubun 10 keçisi var.
 
16 ildi "Gülspor"un prezidenti olan Kenan Büyükleblebi əsas hədəflərinin futbolçu yetişdirmək olduğunu bildirərək 4-5 yaş qrupunda çempion olduqlarını deyib: "Bir qrupda çempion olmağın və çempionatlara qatılmağın xərci 10-15 min lirədi. Bunun otel və yol xərcləri də var. 4 çempionluğunuz olsa, 50-60 min lirə xərc deməkdi. Bu səbəbdən klubumuzun daimi gəlir mənbəyi olmalıdı. Bu xərclərdən qurtulmaq və uşaqların yetişməsinə daha yaxşı yatırım etmək üçün buna ehtiyacımız var. 18 futbolçunu 15 min lirəyə sataraq əldə etdiyimiz gəliri keçi almağa sərf etdik. Onun daha gəlirli iş olduğunu düşünürük".
 
Klub rəhbəri bir keçinin ildə 600 litr süd verdiyini, südün litirinin isə 4 lirə olduğunu bildirib: "Saxlamaq xərclərini çıxandan sora 4-5 min lirə gəlir, ilk ildə 20 bala gözləyirik. 6 il sonra klubumuzun 140 keçisinin olmasını proqnozlaşdırırıq".
 
 
 
 


 
 
Tarix: 14 Avqust [17:00]
Oxunub: 129 dəfə
Müəllif: Aut.az

Messi ilə oteldə tanış oldu, bu gün rəqib olacaqlar - FOTOLAR

Aut.az

Hamı model olduğunu düşünürdü, amma... - FOTOLAR

Aut.az

“Mançester Siti”ni meydana 102 və 98 yaşlı bacılar çıxardı - FOTO

Aut.az

Ulduz futbolçu bu gözəllə sevgilidi - FOTOLAR

Aut.az

Şirniyyat bişirən qapıçı oldu - FOTOLAR

Aut.az

Bir futbolçudan ayrıldı, başqası ilə sevgili oldu - FOTOLAR

Aut.az

Neymarın sevgilisi festivala elə geyimdə qatıldı ki... - FOTOLAR

Aut.az

Futbolçusunun başını dişlədilər - FOTO

Aut.az

Ramil Quliyevin ukraynalı həyat yoldaşı - FOTOLAR

Aut.az

Klub çempion futbolçularını satıb keçi aldı - FOTOLAR

Aut.az