Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Qətl anının VİDEOSU

Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb.
 
Aut.Az yenicag.az-a istinadən xəbər verir ki, o, Daşkənddə "Aurum 898” gecə klubunun mühafizəçiləri tərəfindən qətlə yetirilib. Müşahidə kamerası tərəfindən qeydə alınan və qanlı hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda 25 yaşlı idmançının öncə klubun mühafizəçilərilə salamlaşdığı və daha sonra içəri daxil olmağa çalışdığı görünür. Tərəflər arasında mübahisə də məhz bu zaman baş verir. Cəmşidin kluba daxil olmasına imkan verməyən mühafizəçilər onu təpikləyir, stulla qəddarcasına döyürlər.
 
Özbəkistan Baş prokurorluğunun məlumatına əsasən, mühafizəçilərdən biri gənc idmançını elə özünün bıçağıyla yaralayıb. Zərbə ölümcül olub, Kenjayev xəstəxanada keçinib.
 
Verilən məlumata görə, idmançı mətbəx bıçağıyla kluba daxil olmağa çalışıb. İnsident zamanı o,iki mühafizəçini ağır yaralayıb. Bu zaman digər bir mühafizəçi bıçağı Cəmşidin əlindən alaraq ona sinə nahiyəsindən bir neçə zərbə endirib. Bundan sonra yerdə yaralı vəziyyətdə uzanan Kenjayev təpiklənib.
 
Gənc idmançının ehtimal edilən qatiliylə bərabər 4 mühafizəçi saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

 
Tarix: 14 Avqust [16:40]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

Arvadı futbolçunun xəyanət videosunu paylaşdı - VİDEO

Aut.az

Firdovsi Umudovun 23 il əvvəlki görüntüləri YAYILDI - VİDEO

Aut.az

“Qarabağ”ın Lissabon səfəri - VİDEO

Aut.az

Quliyevdən məhsuldar ötürmə - VİDEO

Aut.az

İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi - VİDEO

Aut.az

Tüpürcəyə görə 5 oyunluq cəza - VİDEO

Aut.az

İbrahimoviçdən 500-cü qol - VİDEO

Aut.az

"Sabah-2" - "Zaqatala" 2:0 - VİDEO

Aut.az

"Qarabağ" - "Sumqayıt" 1:0 - VİDEO

Aut.az

Məşhur boksçunu güllələyən azərbaycanlı kriminal avtoritet məhkəmə qarşısında - VİDEO

Aut.az