Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

"İlk oyundan sonra qəti sürətdə növbəti mərhələyə yüksələcəyimizi söyləməmişəm. Sadəcə, buna inandığımı demişəm”.
 
Bunu "Qarabağ”ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə cavab görüşü ərəfəsində "Pressbol”a müsahibəsində deyib. 34 yaşlı islandiyalı qolkiper bildirib ki, BATE yaxşı komanda olsa da, ÇL-in "pley-off" mərhələsinə Ağdam təmsilçisi yüksələ bilər: "Hazırda üstünlük Borisov təmsilçisindədir. İlk oyunda əla nəticəyə nail olublar. Ancaq biz "Qarabağ”ın yaxşı oyun müqabilində cavab qarşılaşmasında qalib gəlmək imkanının olduğuna inanırıq”.
 
İlk dəfə Belarusa səfər edən Halldorsson BATE-nin avrokuboklardakı uğurlarına da diqqət çəkib: "Belarus haqda çox şey bilmirəm, tanışlıq maraqlı olacaq. BATE haqda bəzi məlumatlara malikəm. Rəqibimiz son 10 ildə avrokuboklarda çox yaxşı çıxış edir və bir neçə dəfə İslandiya komandalarını məğlub edib”.
 
Qeyd edək ki, bu gün Borisovda keçiriləcək BATE - "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Tarix: 14 Avqust [14:20]
Oxunub: 77 dəfə
Müəllif: Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az

Musayev vurnuxur, Məmmədov izləyir

Aut.az

"Qarabağ" - "Arsenal" matçının biletləri satışda

Aut.az

Babək Quliyev həmkarını hədələdi: “Ay tupoy, ağıllı olmasan...”

Aut.az