Fərhd Vəliyev karyerasını bərpa etməsinin səbəbini açıqladı

Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyev futbolçu karyerasını bərpa etməsinə aydınlıq gətirib.
 
O, "Report”a açıqlamasında bu addımı zərurətdən atdığını söyləyib. Ötən ay "Səbail”də qapıçılar üzrə məşqçi kimi fəaliyyətdə başlayan Vəliyev qərarını belə izah edib: 
 
"Hazırda komandamızda iki qapıçı var - Emil BaIayev və Elxan Əhmədov. Karyeramı yenicə bitirdiyim üçün yaxşı formadayam. Ona görə də baş məşqçimiz Aftandil Hacıyev üçüncü qapıçı qismində sifariş olunmağımı məsləhət gördü. Məni oynayan məşqçi hesab etmək olar. Lakin meydana çıxmaq ehtimalım çox azdır. Yalnız zəruri halda qapıya keçə bilərəm”.
 
Qeyd edək ki, karyerası ərzində "Kimyaçı”, "Şahdağ”, "Viləş”, "Neftçi”, "Gənclərbirliyi”, "İnter” və "Qarabağ”ın formasını geyinmiş Fərhad Vəliyev, ötən mövsüm "Sumqayıt”ın əsas qapıçısı olub. 2006 - 2010-cu illərdə Azərbaycan millisində də çıxış etmiş 37 yaşlı qolkiper Premyer Liqanın I turunda "Səbail”in səfərdə 0:3 hesabı ilə uduzduğu görüşdə iştirak ərizəsində yer alıb. 
Tarix: 14 Avqust [12:50]
Oxunub: 80 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az