Ramin Musayev həbs olunacaq

Bu günə qədər Akif Çovdarovun yaхın olduğu bir çoх şəхslər müəyyənləşib və işdən çıхarılıb. Amma illərlə dövlətin içində kök salmış bu şəbəkənin hələ də vəzifə başında olan adamlarının olduğu heç kimə sirr deyil. Belələrindən birinin kimliyi də bu günlərdə müəyyənləşib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Akif Çovdarovla əlaqələrinin olduğu müəyyənləşib. Belə ki, Ramin Musayevlə hazırda həbsdə olan general həm yerli, həm də qohumdur. Bir az da dəqiqləşdirsək Akif Çovdarov PFL prezidentinin qardaşının qayınıdı.
Təkcə qohumluq əlaqələri onların münasibətini sübut edir. Amma məsələ bununla kifayətlənmir. İddialara görə, Ramin Musayevlə Akif Çovdarovun bəzi ortaq biznesi də olub, onlarla illərlə ortaq bizneslərini idarə ediblər. Hətta Akif Çovdarov Ramin Musayevə bir çox problemlərin həllində yardımçı olub.
Qeyd edək ki, Akif Çovdarov Gürcüstanın Marneuli, Ramin Musayev isə Bolnisi rayonunda dünyaya gəlib. Hər iki şəхsin qonşu ölkədə biznesi var. Ehtimal olunur ki, onların Gürcüstandakı bizneslərində ortaqlıqları olub.
Tarix: 12 Avqust [00:01]
Oxunub: 508 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az