“Fiorentina”dan “Vest Hem”ə

İngiltərənin “Vest Hem” klubu heyətinə daha bir futbolçu qatıb.

Premyer Liqa təmsilçisi İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Karlos Sançesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kolumbiyalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Sançes “Fiorentina”ya 2016-cı ildə məhz İngiltərədən - “Aston Villa” klubundan transfer edilmişdi. Lakin o, geridə qalan mövsümün ikinci dövrəsini icarə əsasında İspaniyanın “Espanyol” klubunda keçirib.

Kolumbiya yığmasında 88 oyuna çıxmış 32 yaşlı futbolçu karyerası ərzində Montevideo “River Pleyt”ində, “Valensyenn” və “Elçe”də də forma geyinib.

Tarix: 10 Avqust [15:20]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

"Barselona" transferdə rekord qırır

Aut.az

"Qalatasaray"ın transfer bombası

Aut.az

6 ay olmayacaq

Aut.az

Məsut Özil qol vurdu, tarixə düşdü

Aut.az

“Şerif” çempion

Aut.az

ÇL-də III tur həyacanı: Ronaldo sabiq komandasına qarşı - BU GÜN

Aut.az

Murad Mahmudov oynadı

Aut.az

Nəbiyev Çexiyada dubla imza atdı

Aut.az

Federasiyada yeni prezident

Aut.az

“Qəbələ”nin sabiq futbolçusu separatçılıqda ittiham olunur - FOTOLAR

Aut.az