Millət vəkili Ramilin qələbəsindən yazdı

Ramil Quliyevin yarışını izlədim. Fərqi yoxdur, Türkiyə adına çıxış həm də bizim adımıza çıxışdır. İnamlı qələbə qazandı. Bu, atletizmdə bizim üçün inanılmaz bir göstəricidir. Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdur.
Bu sözləri millət vəkili Fazil Mustafa azərbaycanlı atlet Ramil Quliyevin Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirərkən deyib. O, idmanı təbliğ etmək üçün məktəbin, infrastrukturun və təbliğatın olmamasından şikayətlənib:
“Üzgüçülük ənənəsi olmadığına görə necə kütləvi şəkildə dənizdə, göldə boğuluruqsa, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yox. Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın. Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman vətən övladını həm də Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə təbrik edirəm”.
Qeyd edək ki,Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.
Tarix: 10 Avqust [13:35]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az