“Turan Tovuz” Gəncəyə getməyə avtobus tapa bilmədi

Sabah Tovuzda yoxlama matçı baş tutacaq. Saat 17.00-da yerli komanda ilə “Kəpəz” üz-üzə gələcək.
 
Əslində, bu matç Gəncədə baş tutmalıydı. Amma “Turan Tovuz” oyuna getməyə nəqliyyat tapmadığından matçın yeri dəyişdirilib. Belə ki, gəncəlilər qonşu rayona getməyi lazım bilib.
 
Növbəti mövsümdə I divizionda mübarizə aparacaq tovuzluların durumu ürək ağrıdır. Bu vəziyyətdə komandanın səfər matçlarına necə gedəcəyi, komandanın problemlərinin necə həllini tapacağı çox maraqlıdı. AFFA-dan maliyyələşən qərblilər yiyəsiz kimi ortada qalıb.
 
Əslində, “Turan Tovuz”un diviziondan kənar qalması da mümkündü. AFFA sabaha kimi “Şüvəlan” rəhbərliyini yarışda iştiraka razı sala bilməsə, yəni, 14cü komanda tapılmasa, qərblilər də yarışa buraxılmayacaq. Belədə AFFA tək sayda komandanın iştirakı ilə yarış keçirmək istəmədiyindən iştirakçılardan daha birini – çox güman ki, tovuzluları kənarda qoyacaq.(futbolinfo)
Tarix: 9 Avqust [18:40]
Oxunub: 78 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın protokol olayının bir tək günahkarı Vaqif Sadıqovdu

Aut.az

Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

Aut.az

İran Azərbaycanla yoldaşlıq oyunu keçirmək istəyir

Aut.az

Azərbaycan millisi Norveçə qarşı - BU GÜN

Aut.az

“Neftçi” - “Qarabağ” matçının hakimi açıqlandı

Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az