İqor Ponomaryov “Sabah”da

“Sabah” futbol klubunun Müşahidə Şurası yaradılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müşahidə Şurasına 5 nəfər daxildir. Bunlar təhsil nazirinin müavini Firudin Qurbanov, futbol veteranı İqor Ponomaryov, “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri Rəhman Hacıyev, eləcə də sahibkarlar - Rauf Xəlilov və Yaqub Hüseynovdur.

Qeyd edək ki, Y.Hüseynov 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah”ın təsisçisi və Müşahidə Şurasının sədridir. O, klubun sponsoru “Bridge Group of Companies” şirkətinin rəhbəridir.

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini.

2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib. Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

İqor Ponomaryov - Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

Rəhman Hacıyev - “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəri.

2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in həmtəsisçisi və direktorudur.

Rauf Xəlilov - Sahibkar

2007-ci ildən “İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan “Zara” və “Massimo Dutti”nin səhmdarlarındandır. “İSR Auto” isə Azərbaycanda “Toyota” və “Lexus”, həmçinin, “Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.

Yaqub Hüseynov - Sahibkar

“Sabah” Futbol Klubunun təsisçisi və “Bridge Group of Companies”in Müşahidə Şurasının sədridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.

Tarix: 9 Avqust [16:40]
Oxunub: 56 dəfə
Müəllif: Aut.az

"Qarabağ" "Şerif"ə qarşı bu heyətlə oynayacaq

Aut.az

"Qarabağ" "Səbail"i məğlub etdi, "Zirə" "Keşlə" ilə "sülh" bağladı

Aut.az

"Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov

Aut.az

"Səbail" - "Qarabağ" START HEYƏTLƏR

Aut.az

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az

"Futbol saatı" qayıdır

Aut.az