Oğurlandı

Latviyanın "Ventspils" klubunun futbolçusu Adeleki Akinyemi oğurlanıb.

Bu barədə Ventspils şəhərinin eyni adlı təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 20 yaşlı negiriyalı hücumçu klubun bazasına dönməyib və onun harada olduğu bilinmir:

“Futbolçu qanunsuz olaraq, klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq, həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin “Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Futbolçumuzun onun satışından pul qazanmaq məqsədi oğurlanmasından əminik”.

"Ventspils" hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/19 mövsümündə bombardirlik yarışına başçılıq edir. O, 1-ci təsnifat mərhələsində Albaniyanın “Lüftetari” komandası ilə hər iki oyunda het-trikə imza atıb (5:0, 3:3). Nigeriyalı forvard 2-ci mərhələdə Fransa təmsilçisi “Bordo”nun qapısından isə bir top keçirib (0:1, 1:2).

Tarix: 9 Avqust [10:22]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

"Barselona" transferdə rekord qırır

Aut.az

"Qalatasaray"ın transfer bombası

Aut.az

6 ay olmayacaq

Aut.az

Məsut Özil qol vurdu, tarixə düşdü

Aut.az

“Şerif” çempion

Aut.az

ÇL-də III tur həyacanı: Ronaldo sabiq komandasına qarşı - BU GÜN

Aut.az

Murad Mahmudov oynadı

Aut.az

Nəbiyev Çexiyada dubla imza atdı

Aut.az

Federasiyada yeni prezident

Aut.az

“Qəbələ”nin sabiq futbolçusu separatçılıqda ittiham olunur - FOTOLAR

Aut.az