Hollandiya Super Kubokunun qalibi məlumdur - VİDEO

Futbol üzrə Hollandiya Super Kubokunun qalibi müəyyənləşib.

Həlledici oyunda Hollandiya çempionatının sonuncu qalibi PSV ilə ölkə kubokunun son qalibi “Feyenoord” üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 0:0. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan “Feyenoord” 6:5 hesabıyla qalib gələrək Super Kuboku başı üzərinə qaldırıb.

Rotterdam təmsilçisi tarixində 4-cü dəfə belə bir uğura imza atıb. Sözügedən klub daha öncə 1991, 1999 və 2017-ci illərdə Super Kuboka sahib çıxmışdı. “Feyenoord” bu baxımdan yalnız “Ayaks” (8 dəfə) və PSV-dən (11) geri qalır.

Tarix: 5 Avqust [10:34]
Oxunub: 38 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın qələbəsi - VİDEO

Aut.az

"Milan"ın sabiq futbolçu repçi oldu - VİDEO

Aut.az

Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ - VİDEO

Aut.az

Qurban Qurbanov: "Qarabağ"ı millidən ayırmıram" - VİDEO

Aut.az

"Zenit" - "Dinamo 8:1 - VİDEO

Aut.az

Ölkə çempionu gecə klubunun önündə öldürüldü - Qətl anının VİDEOSU

Aut.az

Qadın futbolçular arasında kütləvi dava - VİDEO

Aut.az

"Bavariya" Super Kuboka darmadağınla sahib oldu - VİDEO

Aut.az

"Barselona" Super Kuboka sahib oldu - VİDEO

Aut.az

“Sabah”dan uğurlu debüt - VİDEO

Aut.az