"Azərbaycanda gördüyüm bütün pis şeyləri unutmaq istəyirəm" - Ukraynalı qapıçı

“Azərbaycanda keçirdiyim dövrü uğursuz adlandırmazdım. Orada çox oyun keçirdim və hər matçda müəyyən müsbət məqamlar oldu. Ona görə də bu təcrübənin mənə faydalı olacağını hesab edirəm”. Bu sözləri “Kəpəz”in sabiq qapıçısı Sergey Litovçenko deyib.

Mövsümün sonunda I Dviziona düşən Gəncə təmsilçisindən ayrılan və Odessa “Çernomorets”inə keçən qolkiper ölkəmizdəki 5 aylıq karyerasını xatırlayıb. O, Azərbaycanda müsbət məqamlarla yanaşı, mənfi hallarla da üzləşdiyini gizlətməyib: “Əlbəttə, komandanın təşkilində və digər məsələlərdə mənfi hallarla üzləşdim. Amma bunları xatırlamaq istəmirəm. Orada gördüyüm bütün pis şeyləri beynimdən atmaq və unutmaq istəyirəm”.

Litovçenko bu ilin qışında “Kəpəz”ə keçib.
Tarix: 21 İyul [15:30]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az

"Futbol saatı" qayıdır

Aut.az

Azərbaycan millisinə 23 futbolçu çağırıldı

Aut.az

Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

Aut.az

Premyer Liqamızda 2-ci turun - hakim təyinatları

Aut.az

Avroliqanın püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Aut.az

“Qarabağ” - “Şerif” matçlarının başlama saatı açıqlandı

Aut.az