"Neftçi" 1 ayda 1 milyon manatı necə havaya sovurdu?

Bu yay transfer bazarının ən fəal klublarından biri "Neftçi" olub. Ötən mövsüm çətinliklə Avropa Liqasına vəsiqə qazanan "ağ-qaralar" mövsüm başa çatan kimi komandanı turnir cədvəlinin zirzəmisindən çıxararaq bürünc medallar qazandıran Tərlan Əhmədovu yola saldı.
 
Bunun ardınca isə yerli futbolçulardan İlkin Qırtımov, Rəşad Sadiqov, Elnur Cəfərov, əcnəbilərdən İqnasio Errera, Derlis Meza Kolli, Fransisko Qarsiya, Mayk Kampaz yola salındı.
 
Baş məşqçi postunu italiyan Roberto Bordinə həvalə edən "Neftçi" rəhbərliyi heyətə indiyədək 5 legioner (Dario Federiko, Slavko Braliç, Baqali Dabo, Qoran Paratski, Kvame Karikari), 2 yerli futbolçu qatıb (Tural Axundov, Rəşad Eyubov).
 
Yeni transferlərin qiymətləri açıqlanmasa da, qeyri-rəsmi məlumatlar və bazar reallıqları "Neftçi"nin transfer dövründə təkcə leionerlərin alınmasına 1 milyon manatdan artıq pul xərclədiyini deməyə əsas verir. Baş məşqçi və köməkçilərinə, həmçinin xaricdəki təlim-məşq toplanışına sərf olunan vəsait klub büdcəsinin böyük ölçüdə sərf olunduğunu göstərir.
 
Bunun qarşılığında isə "Neftçi" min bir əziyyətlə vəsiqə qazandığı Avropa Liqasını ilk mərhələdən biabırçı məğubiyyətlə tərk etməli oldu. Evdə Macarıstan "Uypeşt"inə 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar" cavab matçında 4 cavabsız qol buraxaraq turnirlə vidalaşdı.
 
Budapeşət biabırçılığı "Neftçi"nin transfer siyasətinin də, baş məşqçi seçiminin də növbəti dəfə yalnış olduğunu göstərdi. Həmçinin yeni futbolçulara və məşqçilərə xərclənən 1 milyon manatdan artıq neft pulunun da havaya sovrulduğunu göstərdi. 
 
Yeri gəlmişkən, baş məşqçi Roberto Bordin gəldiyi gündən transferlərə qarışmadığını, bununla rəhbərliyin məşğul olduğunu dəfələlə deyib. İtalyan məşqçinin ilk gündən qarşısına qoyulan şərt bu olub və avropalı qeyri-peşəkarlıq olsa da, buna razılıq verib. Bütün transferlər rəhbərliyin, yəni Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun istəyi, onların əməkdaşlıq etdiyi menecerlərin isəyi ilə baş tutub. Avropa Liqasındakı biabırçılığa görə də baş məşqçidən çox məhz onlar - Kamran Quliyev-Ceyhun Sultanov məsuliyyət daşıyır.(fanat.az)
 
Nəhayət ümid edək ki, SOCAR hər il milyonlarla manat pul xərclədiyi "Neftçi"nin rəhbərliyindən və onların AFFA-dakı himayədarlaından havaya sovrulan, kimlərinsə cibinə axan pulların hesatını tələb edəcək...
Tarix: 21 İyul [13:30]
Oxunub: 211 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az