Xorvat futbolçu Elşad Əhmədovu II divizion səviyyəsində məşqçi adlandırdı - MÜSAHİBƏ

“Sabah”la 2 illik müqavilə bağladıqdan 2 həftə sonra müqaviləsinə xitam verilən xorvatiyalı futbolçu Yosip Baliç sportlife.az-a müsahibə verib. Komandadan gedişinin səbəbini açıqlayan yarımmüdafiəçi Elşad Əhmədovu sərt tənqid edib. Aut.az həmin müsahibəni sizə təqdim edir:
- Ayın əvvəlində “Sabah”la 2 illik müqavilə bağlamısan. Komandaya uyğunlaşa bilirsən?
 -Mən artıq klubla yollarımı ayırmışam.
- Niyə?
Bilmirəm. Bu, mənim üçün də maraqlıdı. Baş məşqçi belə istədi. Əvvəlcə 2 illik müqaviləyə qol çəkdim. 2 həftədən sonra məşqçi məni istəmədi. Sonra xitam müqaviləsinə qol çəkdim.
- Bunun üçün səbəb soruşmadın?
-Soruşdum. Baş məşqçi dedi ki, guya onun oyun üslubuna uyğun gəlmirəm. Əgər bəyənmirdilərsə, onda mənimlə niyə müqavilə bağlayırdılar? Amma mən buna inanmıram. Yəqin ki, başqa səbəbi var idi. Onun bu qərarını eşidən klub nümayəndələrinin hamısı şoka düşmüşdü. “Sabah” yaxşı klubdu, amma onun baş məşqçisi ikinci divizion səviyyəsindədi.
Səncə, baş məşqçi nəyə görə birdən-birə belə qərar verib?
- Çünki o, nə məşqçi kimi, nə də insan kimi yaxşı biri deyil. Üstəlik, təcrübəsizdi. Heç komandadakı legionerlərlə də normal münasibət qura bilmir.
-Klubdan kompensasiya tələb etmədin?
- Bəli, kompensasiya almışam. 
- İndi hardasan?
- Xorvatiyadayam. 
- Özünə yeni komanda tapa bilmisən?
- Menecerim bu işlərlə məşğul olur. Ən yaxşı variantı dəyərləndirəcəyik.
Tarix: 19 İyul [12:50]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

Aut.az

"Qarabağ" "Səbail"ə, "Zirə" "Keşlə"yə qarşı - BU GÜN

Aut.az

Orxan Sadıqlı “Sumqayıt”da - Rəsmi

Aut.az

“Qarabağ” Emeqarasız neçə oyun keçirəcək?

Aut.az

"Futbol saatı" qayıdır

Aut.az

Azərbaycan millisinə 23 futbolçu çağırıldı

Aut.az

Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

Aut.az

Premyer Liqamızda 2-ci turun - hakim təyinatları

Aut.az

Avroliqanın püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Aut.az

“Qarabağ” - “Şerif” matçlarının başlama saatı açıqlandı

Aut.az