Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Cüdo üzrə ölkə birinciliyinin 55 kq çəki dərəcəsində keçirilmiş finalında maraqlı hadisə baş verib.
“Neftçi” İdman Klubunun üzvü Balabəy Ağayev“Qəbələ” idmançısı Rövşən Əliyevlə matça qadın cüdoçu kimonosu ilə çıxıb.
Belə ki, o, tatamidə arxasına “K.Hüseynova” yazılmış forma ilə mübarizə aparıb. Ağayev bunun üçün həmin sözlərin üstünü örtən lent yapışdırıb. Lakin onun etdiyi fəndlərin birində lentin bir hissəsi açılıb.
Buna görə hakim həmin lenti açaraq cibinə qoyub. Nəticədə Balabəy döyüşün qalan hissəsində qadın adı yazılmış formada mübarizə aparmalı olub. Sonda o, rəqibinə qalib gələrək ölkə çempionu olub.
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibinin müaviniElnur Əşrəfoğlu ilə danışdıq:
“Açığı, bu yarış fevralın sonlarında baş tutub. Sadəcə, “CBC Sport” kanalında təkrar yayımlanıb. İdmançının niyə belə etdiyini bilmirəm. Daxili yarışlarda adın yazılması məcburi deyil. Yəni, o, adsız kimono ilə də çıxa bilərdi.
Bizdə paltardəyişmə otağında iyirmiyə yaxın forma olur. O, bu formanı niyə geyinib, deyə bilmərəm. Hazırda bu idmançı millimizin Çexiyada keçirilən Avropa Kuboku yarışında mübarizə apardığına görə ölkədə deyil. Bakıya qayıtdıqdan sonra bu məsələni özü ilə aydınlaşdıracağıq”.(oxu.az)
Tarix: 18 İyul [17:05]
Oxunub: 152 dəfə
Müəllif: Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az