İdman tariximizdə bir ilk

MMA(qaydasız döyüş) üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürurverici xəbər gəlib.
 
Tofiq Musayev, Vüqar Kərimov və Mehman Məmmədov məşqçiləri Ruslan Əfəndiyevlə birlikdə ABŞ-a yola düşərək, Azərbaycanı UFC-də təmsil etmək imkanı qazanıblar. Onlar UFC-də dünyaca məşhur MMA ustaları ilə birgə təlim-məşq toplantılarında iştirak edəcək, görüşlər keçirəcək. Hər 3 idmançımız son illər Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edir. MMA üzrə bir döyüşlərdə çox qələbələrə imza atan triomuz Azərbaycanı dünyada layiqincə təmsil edir. Bu səbəblə də onlar amerikalı mütəxəssislərin diqqətini cəlb edib.
Xatırlatma: Tofiq Musayev: 15.12.1989-ci ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olub. 2011-ci ildə İdman Akademiyasını bitirib. İki qat dünya çempionu, dünya kubokunun ikincisi, kunqfu-sanda üzrə dünya çempionu olub. Dəfələrlə beynəlxalq turnirlərin qalibidir. MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionluğunu qazanıb. WFCA 45 üzrə reytinq döyüşündə qələbə qazanaraq, reytinqin 2-ci pilləsində qərarlaşıb. May ayında Azərbaycan təşkil olunan WFCA-48 beynəlxalq turnirində çempionluğu bayram edib. Karyerasında 13 qalibiyyəti və 3 məğlubiyyəti var. Vüqar Kərimov: 20.02.1992-ci ildə Xaçmaz rayonunda anadan olub. Nizami rayonu 61 saylı məktəbi bitirdikdən sonra İdman Akademiyasına daxil olub. Səkkizqat respublika, 2009-cu ildə Rusiyanın Omsk şəhərində, 2011-ci ildə Ukraynada, 2012-ci ildə Polşada, 2013-cü ildə Sankt-Peterburqda, 2014-cü ildə Rumıniyada, 2016-cı ildə Ukraynada MMA üzrə dünya çempionu olub. O, 2017-ci ildə Azərbaycanda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında “Uşu-Sanda” üzrə ikinci yeri tutub. Peşəkar döyüşlərdə 11 qələbə 3 məğlubiyyəti var. Mehman Məmmədov: 31.03.1988-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 190 saylı məktəbi bitirib. 2014-2015 ci ildə kunqfu-sanda üzrə dünya çempionu, dəfələrlə beynəxlalq yarışların qalibi olub. On dəfə respublika çempionuna layiq görülüb, 2016-cı ildə MMA üzrə dünya kubokunun qalibidir. Hər üç idmançımıza və məşqçi Ruslan Əfəndiyevə uğurlar diləyirik.
Tarix: 18 İyul [20:00]
Oxunub: 63 dəfə
Müəllif: Aut.az

Günün oyunları - TV

Aut.az

NBA-də bu dəfə toplar yox yumruqlar danışdı – FOTOLAR

Aut.az

Günün oyunları - TV

Aut.az

Atletimiz Avropa çempionu oldu - FOTO

Aut.az

Bakıda idmançı polis qardaşını öldürüb – “Yatsam, yuxuma girməzdi…”

Aut.az

“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya

Aut.az

Günün oyunları - TV

Aut.az

"Qarabağ"la oyunda zədələnən futbolçu məşqlərə başladı

Aut.az

Günün oyunları - TV

Aut.az

Əməliyyat olundu

Aut.az