"Qarabağ" III mərhələyə yüksəlsə, "səpələnmişlər" qrupunda qərarlaşacaq

Bu gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi Sloveniyanın "Olmipiya" klubunu qəbul edəcək.
 
Ağdam klubu II təsnifat mərhələsinə adlasa, Çempionlar Liqasının III mərhələnin püşkatmasında "səpələnmişlər" səbətində yer alacaq. Bu isə təmsilçimizin daha aşağı reytinq xalı olan komanda ilə üz-üzə gəlməsi üçün şərait olacaq.
 
Buna ötən gün Litvanın "Suduva" klubunun iki oyunun nəticəsinə görə Kipr APOEL-ini mübarizədən kənarlaşdırması səbəb olub. Kipr klubunun ÇL ilə vidalaşmasından sonra "Qarabağ" III mərhələnin ən reytinqli 6 komandasından biri olub. BATE ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə Belarus təmsilçisini qabaqlayır.
 
Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
 
Xatırladaq ki, "Qarabağ" - "Olimpiya" oyunu bu gün saat 21:00-da start götürəcək.
Tarix: 18 İyul [17:20]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın protokol olayının bir tək günahkarı Vaqif Sadıqovdu

Aut.az

Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

Aut.az

İran Azərbaycanla yoldaşlıq oyunu keçirmək istəyir

Aut.az

Azərbaycan millisi Norveçə qarşı - BU GÜN

Aut.az

“Neftçi” - “Qarabağ” matçının hakimi açıqlandı

Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az