"Qumarbazlar" və "kəpənəklər" üçün - "Sabah"dakı BÖYÜK işlər

Qaşıda bizi son illərin ən cazibədar, ən maraqlı, ən gərgin Premyer Liqası gözləyir. Mötəbər yarışın startına sayılı həftələr qalıb. AFFA-nın mərhəməti sayəsində bu prestijli yarışın iştirakçıları sırasına qoşulan «Sabah» meydana şir kimi atılmağa hazırlaşır. Məşqçi keçmişi qara-qura səhifələrlə zəngin olan Elşad ƏHmədovun rəhbərliyi altında.

Komanda indi Türkiyədədi – təlim-məşq toplanşına gedib. Elə bizim də bir qulağımız qardaş ölkədədt. Hər gün bir transfer xəbəri eşitməsək, rahat ola bilmirik. Maşallah, Əhmədovun əlinin duzu yaman bərəkətlidi - bir zaman «Neftçi»nin ağ-qara formasını islatmış legionerlər bir-birinin ardınca «Sabah»a axışmaqdadı. Yekəqarın Saşa Stamenkoviçdən ibrət alan Erik Ramos da hazırda özünü bura yetirib. Bu minvalla, Bruno Bertuççinin, Nikolas Kanalesin və başqalarının da «Sabah» yolçusu olacağını gözləyirəm. Əhmədov Saşayla Eriki götürməyə razı olubsa, «Neftçi»nin digər sabiqlərindən niyə üz çevirsin ki? Bərəkət onlardadı. Adlarına nə pul yazılsa, büdcədən nə çıxsa, Mikayıl Cabbarov şübhələnməyəcək. Bəs nə, onlar vaxtilə «Neftçi»ni 3 dəfə dalbadal çempion edib e! 
Deyəsən, Maksud Adıgözəlov haqqın yolunu tapıb. Ötənlərinin «ağır çəkili» futbolçularından zərli-zibalı «Sabah» qayırmaq yolunda Elşad Əhmədovla birləşiblər. Pis tapışmayıblar. Him-cimdən anlayırlar bir-birlərini. Arif Əsədovun gənclərini «dənləyən» yeni baş məşqçi Premyer Liqaya «qocalar»la gedir. Niyə də getməsin? Nə var, elə onlarda var. Saşa futbolun hər üzünü bilir. Hər yoluna, hər döngə-tininə bələddi. Bukmeyker kontorlarını fırladanların bu serbiyalı qapıçının «Sabah»la anlaşmasına nə qədər sevinməsini bir görən və bilən olsa… Bu dəqiqə həmin insanların gözündə Adıgözəlovla Əhmədovdan yaxşısı yoxdu. Elə Erikin Paraqvaydan Azərbaycana qayıtmasına şad olanlar da azlıq təşkil etmir. Bakının gecə həyatı ondan ötrü lap darıxmışdı. «Kəpənəklər» yenə düz 1 il bayram edəcək. Köhnə əyyam qayıdır axı. Cənubi amerikalı qaqaşın «Sabah»a xeyir, ümumiyyətlə, nə verəcəyini təxmin etməyə çətinlik çəksək də, bu, dəqiqdi ki, minicik «sərçələr» xeyli qabağa düşəcək.(sportinfo) 

Emil Mpenza qalıb hələ. Qapı-pəncərəni açıq saxlayın, ola bilər, o da özünü bu torpaqlara yetirsin. Vaxtilə «Neftçi»dən incik gedənləri geri qaytaran Elşad Əhmədov bir-iki saat cəhd etsə, Mpenza Belçikadan durub birbaşa «Sabah»a gəlir. Nolsun ki, axır illər topdan, yaşıl sahələrdən uzaq düşüb, «Ölü dirildən» Əhmədov həm ona qazandırsın, həm də… Adıgözəlova. Böyük adlarla «nəhəng işlər» belə-belə görülür də. 
Tarix: 18 İyul [19:40]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az

"Neftçi"nin havaya sovrulan büdcəsi

Aut.az

“Sabah”la “Keşlə” tək qolla sevindi

Aut.az

"Zəngilan" millimizi məğlub etdi

Aut.az

“Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - BU GÜN

Aut.az