“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsindəki potensial rəqibinin kimliyinə aydınlıq gəlib.

Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu “Olimpiya”nı mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Millimizin sabiq forvardı, hazırda “Qəbələ”də çıxış edən Rauf Əliyevin ötən mövsüm formasını geyindiyi bu kollektiv 1-ci təsnifat mərhələsində Maltanın “Valleta” klubunu mübarizədən kənarlaşdırıb. Tərəflər arasında Albaniyada keçirilmiş ilk oyunda hesab açılmamışdı - 0:0. Elə Maltadakı oyunda da qalib müəyyənləşməyib - 1:1. Lakin “Kukesi” səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, “Qarabağ” 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nı səfərdə 1:0 hesabıyla məğlub edib. Ağdam klubu Lyublyana təmsilçisi ilə cavab matçını sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Tarix: 18 İyul [10:04]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

Azərbaycan millisi Norveçə qarşı - BU GÜN

Aut.az

“Neftçi” - “Qarabağ” matçının hakimi açıqlandı

Aut.az

"Vorskla" 100 azarkeşlə gəlir

Aut.az

Milli komandada yeni baş məşqçi

Aut.az

AFFA müraciət etdi

Aut.az

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az