DÇ-2018: Hazard qol vurdu, 5 min belçikalı pulsuz televizor qazandı

"DÇ-2018"in üçüncü yer urunda oyunu minlərlə belçikalı azarkeşin pulsuz televizor sahibi olmasına səbəb olub.
 
Elektron ev əşyaları satan "Krefe" adlı mağazalar şəbəkəsi dünya çempionatının startından əvvəl hazırladığı reklam kampaniyasında azarkeşələrə televizor vəd edib.
 
Belə ki, mağaza Belçika millisi dünya çmpionatında 15-dən artıq qol vuracağı halda 140 ekran və daha böyük televizor alanlara pularının geri qaytarılacağı sözü verilib. Kampaniya 26 aprel - 17 iyun tarixlərində davam edib.
 
Bu səbəbdən dünən baş tutan oyun bir çox belçikalı azarkeş üçün fərqli anlam kəsb edirdi. İngiltərə ilə oyunun 4-cü dəqiqəsində Tomas Meunyer Belçikanın 15-ci qoluna imza atıb. 82-ci dəqiqədə isə Eden Hazard komandasının 16-cı qolunu vurub.
 
Oyundan sonra "Krefe" mağazalar şəbəkəsi sosial media vasitəsi ilə vədə əməl olunacağını açıqlayıb. Televizorun qəbzini mağazalara təqdim edənlər ödədikləri pulu geri ala bilərlər. 
 
Kampaniyadan pulsuz televizor qazananların sayının 5 min nəfərə yaın olduğu ildirilir. Reklam kampaniyasının şirkətə 1 milyon avrodan artıq başa gəldiyi bildirilir. Həmçinin qeyd edilir ki, "Krefe" mağazalar şəbəkəsi riski azaltmaq üçün kampaniyadan öncə bir İngiltərə sığorta şirkəti ilə anlaşıb.
 
Qeyd edək ki, "DÇ-1980"ci idə sonra dünya çempionatlarında çox az komanda 15-dən artıq qol vura bilib. "DÇ-2002"ə Braziliya millisi 18, 8 il sonra 16, Almaniya isə "DÇ-2014"də 18 dəfə fərqlənib.
 
Onu da qeyd edək ki, Belçika turnirin qrup mərhələsində Panamanı 3:0, Tunisi 5:2, İngiltərəni 1:0, 1/8 finalda Yaponiyanı 3:2, 1/4 finalda Braziliyanı 2:1 hesabı ilə yenib, yarımfinalda Fransaya uduzub - 0:1. Üçüncü yer uğrunda oyunda İngiltərəni 2:0 hesabı ilə yenən belçikalılar 16 qol vurub, 6-sını buraxıb.
Tarix: 15 İyul [17:32]
Oxunub: 39 dəfə
Müəllif: Aut.az

Almaniyanın ən sevimli futbol klubu: "Bavariya" deyil...

Aut.az

Şeydayev "11"i seçdi

Aut.az

O da Ərdoğanla görüşə görə karyerasını bitirir?

Aut.az

Türkiyə millisinin üzvü "Qalatasaray"da

Aut.az

Messi, Aquero və İquain milliyə çağırılmadı

Aut.az

Əzizov şans qazanmadı

Aut.az

“Traktorsazi”dən ilk qələbə

Aut.az

Ufuk Budak yenə ehtiyatda qaldı

Aut.az

Jervinyo "Parma"da

Aut.az

Mourinyo Abdullah Avcı ilə görüşdü

Aut.az