Qurban Qurbanov: “Hakim balans yaratmaq üçün Qaraya "qırmızı" verdi"

Azərbaycan millisinin və "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Qəbələ” – "Uypeşt” matçını izləyənlər arasındadı. Çalışdırıcı qarşılaşmanın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.
 
- Dünən Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya”ya səfərdə (1:0) qalib gəldiniz. "Olimpiya” necə rəqib idi və cavab oyunundan nə gözləmək olar?
- Yaxşı komandadı, elə-belə rəqiblə düşməmişik. Oyun üslubu və ümumi təşkilatçılıq baxımından çox yaxşı klubdu. Çətin oldu. 1:0 hesablı qələbə o demək deyil ki, burda bizə asan olacaq. İndividual cəhətdən fərqlənən oyunçuları var. Baş məşqçiləri də yenidi və çox istəklidilər. Əlbəttə ki, bizim də öz çatışmazlıqlarımız var idi. Bunları aradan qaldırmağa çalışmalıyıq. Futbolçular sağ olsunlar, yaxşı mübarizə apardılar.
 
- Yeni transferlər necə təsir bağışladılar?
- Onların işgüzarlığından razıyam. İstəklidilər, işlərinə peşəkar yanaşırlar. Ancaq indi təkcə onlarda yox, bütün futbolçularda çatışmazlıq var. Düşünürəm ki, tam uyğunlaşmaq üçün hələ bir neçə oyuna ehtiyacları var. Bəzi oyunçuların ümumi fiziki hazırlığı qaydasında deyil. Mənim üçün ən önəmlisi futbolçuların peşəkarlığıdı ki, bu da onlarda var.
 
- Həmişə ehtiyatlı açıqlamalarla diqqət çəkmisiniz. I mərhələyə 1 hücumçu sifariş etmisiniz. Bu mərhələni keçsəniz, hücumçu almaq fikriniz varmı?
- Ən çox vaxtımızı hücumçu axtarışına sərf edirik. 3-4 variantımız oldu, hansı ki, alınmışdı. Ancaq son anda ortaq məxrəcə gəlinmədi. Bu gün də axtarışdayıq, danışıqlar aparırıq. Bir aydan, bir gündən sonra da olsa, hücumçu almağa çalışacağıq.
 
- Klubların keçirdiyi oyunlar milli komandanın hazırlığı baxımından da maraqlıdı. Hazırda "Qəbələ”nin oyunundasınız. Milli komandanın baş məşqçisi kimi, ilk hissə barədə nə deyə bilərsiniz?
- Hər iki komanda ehtiyatlı oynayır. Dünən biz də belə çıxış edirdik. Çünki ilk görüşdə, yaxın buraxmamağa, səhv etməməyə, rəqibi tanımağa çalışırsan. Amma hiss olunur ki, oyun nizam-intizamı qaydasındadı. Hava da həddən artıq istidi. Bu havada futbolçudan maksimum oyun tələb etmək də düzgün olmaz. Bugünkü matç hələ heç nəyi demir. Hazırlıqdan sonra futbolçu 3-4 oyundan sonra formaya düşür.
 
- Bu gün "Neftçi”də oynayır. "Qəbələ”nin matçını üstün tutmağınızın səbəbi nədi?
- Komponentlər var. Rauf Əliyevin və digərlərinin oyununa canlı baxmaq istədim. Mənim üçün də maraqlı idi ki, bu gün meydanda kimlər olacaq. Həm də "Qəbələ”yə azarkeşlik etməyə gəlmişəm.
 
- Dünən Qara Qarayev qırmızı vərəqə aldı. Bu, adi oyun epizodu idi, yoxsa bağışlanmaz hərəkət?
- Hər iki sarı vərəqə adi oyun epizod idi. Ancaq yenə də ikinci "sarı”dan sonra iradımı bildirdim ki, ehtiyatlı olmaq lazımdı. Amma hakim rəqibə qırmızı vərəqə verməsəydi, Qaraya da ikinci sarı vərəqəni göstərməyəcəkdi. Balans yaratmağa çalışdı.
 
- Son sual dünya çempionatı ilə bağlıdı. Fransa – Xorvatiya finalında kimi şanslı görürsünüz?
- Mənim fikrim var: imkanım olsa, kuboku hər iki komandaya verərəm. Bizə qalır maraqlı final oyunu izləmək. Hər iki komanda finala çıxmağa layiq idi. İlk oyunlarından hiss olunurdu ki, çox istəklidilər. Ola bilər ki, xorvatlar daha istəklidi. (Apasport.az)
Tarix: 12 İyul [21:30]
Oxunub: 77 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

aut.az

"Qarabağ"dan 4 qol, "Sumqayıt"dan əzmkar qələbə

aut.az

"Qarabağ" - "Qəbələ" START HETƏTLƏR

Aut.az

Azərbaycan yığması Qazaxıstana uduzdu

Aut.az

Futbolçuları avtobus itələdi - Azərbaycanda - FOTO

Aut.az

“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

Tərlan Əhmədov “Qəbələ”də

Aut.az

“Qarabağ”da YENİ TƏYİNAT

Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az