"Real Madrid"in milyardlıq TRANSFER SİYAHISI - Ronaldonun əvəzinə 5 futbolçu gələcək

Kriştiano Ronaldonun “Yuventus”a transfer olmasından sonra “Real Madrid” heyətini yeni bir ulduzla gücləndirmək üçün hərəkətə keçib.
“Kral klubu”nun transfer siyahısında Avropanın ulduz futbolçuları yer alıb. “Real” şansını sınamaq üçün transfer siyahısının başından sonuna qədər bütün futbolçuları diqqətində saxlayacaq.

NEYMAR

“Real Madrid”də Ronaldonun yerini dolduracağı gözlənilən futbolçuların önündə PSJ-li Neymar gəlir. Florentino Peresin klubu ulduz üçün 310 milyon avroluq təklif göndərdiyi yönündəki xəbərləri yalanlasa da, Neymarın gəlməsində istəklidir.
MBAPPE

“Monako” və PSJ-dən sonra Fransa milli komandasındakı performansı ilə hər kəsi sehrə salan Kilian Mbappe “Real” üçün əhəmiyyətlidir. “Real” hələ ötən il Mbappeni transfer etmək istəsə də fransalı ulduz 180 milyon avroya PSJ-yə keçmişdi.
EDEN HAZARD

Premyer Liqanın ulduzu Neyçar və Mbappe ilə müqayisədə maliyyə baxımından Eden Hazardı daha üstün tutur. “Qalaktikos”un Neymar üçün 1 il daha gözləyib bu əsnada Hazardı transfer edəcəyi də bildirilir.
HARRİ KEYN

“Tottenhem”in in qol statistikaları baxımından Ronaldonun boşluğunu doldurmağa ən yaxın futbolçu olduğu deyilir. Ancaq ingiltərəli ulduz komandasından ayrılmaq istəmir.
DİBALA

Paulo “Yuventus”da sərgilədiyi performansla A seriyasının önəmli futbolçusu oldu. Lakin Dünya Çempionatında çox da şansı olmaması futbolçunu “Real”ın gözündə təcili transfer kimi saxlamayıb.
SALAH

Avropa liqalarının 2017-2018 mövsümündə ən uğurlu performansını göstərməklə partlayış edən misirli ulduz Məhəmməd Salah “Liverpul”da qızıl dövrünü yaşadı. Yürgen Kloppun tələbəsi ötən mövsüm 52 matçda 44 qol vurub, 16 məhsuldar ötürmə edib. “Real Madrid”lə adı tramsfer dedi-qodularına qarışan Salahın “Liverpul”la 5 illik müqavilə imzalaması “Kral klubu”nu geri çəkib.
Tarix: 12 İyul [19:20]
Oxunub: 48 dəfə
Müəllif: Aut.az

"Real"dan "Tottenhem"li üçün 50 milyon

Aut.az

PSJ transfer bombasını partlatdı: 110 milyon avro

Aut.az

"Trabzonspor" iranlı futbolçu transfer etdi

Aut.az

"Qarabağ"ın rəqibi yeni hücumçu transfer etdi

Aut.az

“Milan”da yeni prezident

Aut.az

Ulduz futbolçu Adnan Oktarla "məzələndi" - "Əziz bəyə göndərin, baxsın" - FOTO

Aut.az

“Milan” əfv olundu

Aut.az

Ronaldudan inanılmaz addım: Dünya bu qədər

Aut.az

Messi hər kəsin önündə baş məşqçisini rəzil etdi

Aut.az

"Beşiktaş" qapıçısını 7 milyon avroya satdı

Aut.az