21 Fevral 2019
“Trabzonspor”un baş məşqçisi “Qarabağ”ın oyununda

Türkiyənin "Trabzonspor” komandasının baş məşqçisi Ünal Karaman "Qarabağ”ın oyununu canlı izləyib.
52 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın paytaxtı Lyublyanada "Olimpiya”nı 1:0 hesabı ilə məğlub etdiyi görüşə tribunadan baxıb. Baş məşqçinin bundan sonra da fürsət düşdükcə, avrokubok qarşılaşmalarını izləyəcəyi bildirilir.
Qeyd edək ki, heyətində Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də yer aldığı "Trabzonspor” hazırda Lyublaynanın Kranj qəsəbəsində təlim-məşq toplanışındadır. Baş məşqçi iyunun 12-də səhər məşqində Alihan Tuncer - Burak Yılmaz – Şeydayev triosunu eyni "11-lik”də oynadıb.
Tarix: 12 İyul [19:00]
|
Oxunub: 120 dəfə
|
Müəllif: Aut.az
|