Cavid İmamverdiyev “Sabah”da - Rəsmən

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Müəyyən müddət davam edən danışıqlardan sonra “Sumqayıt” Futbol Klubuyla Cavid İmamverdiyevin keçidi ilə bağlı razılıq əldə edilib. Millimizin əsas üzvlərindən olan yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Cavid İmamverdiyev keçidi barədə klubun mətbuat xidmətinə açıqlama verib. O, “Sabah”ın onun karyerasında yeni səhifə olduğunu deyib:

“Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdı”.

Baş məşqçi Elşad Əhmədov da İmamverdiyevin keçidi ilə bağlı fikirlərini bildirib:

“Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır. İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də, yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. Cavid Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi 6 qarşılaşmanın hamısında şans qazanıb. 

 
Tarix: 12 İyul [17:55]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

aut.az

"Qarabağ"dan 4 qol, "Sumqayıt"dan əzmkar qələbə

aut.az

"Qarabağ" - "Qəbələ" START HETƏTLƏR

Aut.az

Azərbaycan yığması Qazaxıstana uduzdu

Aut.az

Futbolçuları avtobus itələdi - Azərbaycanda - FOTO

Aut.az

“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

Tərlan Əhmədov “Qəbələ”də

Aut.az

“Qarabağ”da YENİ TƏYİNAT

Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az