Qurban Qurbanov: “Bakıda bizi daha ağır oyun gözləyir

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu".
 
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sloveniyada "Olimpiya"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
 
46 yaşlı mütəxəssis bildirib ki, Lyublyana təmsilçisi bir daha yaxşı komanda olduğunu nümayiş etdirib. O, komandasının meydanda çoxlu güc sərf etdiyini də vurğulayıb.
 
"Düzdür, bu gün (iyulun 11-də - red) minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Cavab görüşünə tam ciddi hazırlaşmalıyıq", - deyə baş məşqçi bildirib.
 
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq.
Tarix: 12 İyul [01:10]
Oxunub: 107 dəfə
Müəllif: Aut.az

Tahir Süleymanov: "Neftçi"də "çap-tala" prinsipidi

Aut.az

Aqil Abbas Kamran Quliyevi istefaya səslədi: "Tərlan Əhmədovun zəhmətini yerə vurdu"

Aut.az

Araz Abdullayev Bundesliqa klubunda

Aut.az

"Azərbaycanda gördüyüm bütün pis şeyləri unutmaq istəyirəm" - Ukraynalı qapıçı

Aut.az

AFFA-nın milyonluq transferi yenə qovulur

Aut.az

"Neftçi"nin büdcəsindən 30 min dollar oğurladılar

Aut.az

Roberto Bordin "Neftçi"dən qovulur?

Aut.az

"Neftçi" 1 ayda 1 milyon manatı necə havaya sovurdu?

Aut.az

"Kukesi" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Aut.az

"Neftçi"dən getdi, halallıq vermədi

Aut.az