İlhan Mansız “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşə iki yeni köməkçi təyin olunub.

Onların hər ikisi komandanın keçmiş ulduz futbolçularıdı. Söhbət ispaniyalı Quti Hernandeslə Türkiyə millisinin sabiq hücumçusu İlhan Mansızdan gedir.

Xeyli müddət idi mətbuatda dolaşan xəbərləri nəhayət ki, İstanbul klubu özü də rəsmən təsdiqləyib. “Beşiktaş”ın sosial şəbəkə hesablarında onların işə başladıqlarına dair məlumat və birgə fotoları yayılıb. Hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulan gənc mütəxəssislər bundan sonra “qara qartal”a məşqçi kimi xidmət göstərəcəklər.

Qeyd edək ki, İlhan Mansız 2001-2004-cü illər aralığında, Quti isə 2010/11 mövsümündə “Beşiktaş”ın formasını geyinib.

Tarix: 12 İyul [12:15]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az