Nani “Sportinq”də

Portuqaliyalı futbolçu Nani sabiq klubuna qayıdıb.

O, yeni mövsümdən ölkəsinin “Sportinq” klubunun uğurları üçün tər tökəcək.

Peşəkar futbolçu karyerasına məhz Lissabon təmsilçisində başlayan 31 yaşlı futbolçu 11 illik fasilədən sonra yenidən bu kluba qayıtmağa qərar verib. “Sportinq” Naninin qayıdışını “Yuvana xoş gəldin” mesajıyla sosial şəbəkə hesablarından açıqlayıb.

İspaniyanın “Valensiya” klubuna məxsus olan futbolçu geridə qalan mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib. Portuqaliya yığmasının sabiq üzvü karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, Türkiyənin “Fənərbaxça” klublarında da forma geyinib.

Tarix: 12 İyul [11:14]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

Rüfət Dadaşov üçün 8 dəqiqə

Aut.az

"Barselona" transfer bombasını partlatdı

Aut.az

Super Liqanın ən dəyərli klubu dəyişdi - SİYAHI

Aut.az

İsrafilov 90 dəqiqə oynadı

Aut.az

Nazarov oynamadı

Aut.az

Ufuk Budak oynamadı

Aut.az

Günün oyunları – TV

Aut.az

TFF-nin yeni rəhbərinin adı açıqlandı

Aut.az

Rusu qovan rus əvəzinə yenə rus gətirir

Aut.az

Ulduz futbolçunun bacısı arvadını ittiham etdi - FOTOLAR

Aut.az