“Qarabağ” Azərbaycanı 1 pillə irəli saldı

UEFA Çempionlar Liqasının və Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinin dəyişməsinə səbəb olub.

Ölkəmiz bu siyahıda 1 pillə irəliləyib.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” yeni mövsümdə ilk oyununu keçirdi. Səfərdə Sloveniya çempionu “Olimpiya” (Lyublyana) ilə qarşılaşan Ağdam klubu qələbə qazandı - 1:0.

Bu qələbə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb olub. Ağdam klubu Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb. Bu isə Belarusu geridə qoyaraq 1 pillə irəliləməyimiz üçün bəs edib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.875 reytinq xalı var. Onun hələlik 0.250 xalı cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Tarix: 12 İyul [10:38]
Oxunub: 53 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

aut.az

"Qarabağ"dan 4 qol, "Sumqayıt"dan əzmkar qələbə

aut.az

"Qarabağ" - "Qəbələ" START HETƏTLƏR

Aut.az

Azərbaycan yığması Qazaxıstana uduzdu

Aut.az

Futbolçuları avtobus itələdi - Azərbaycanda - FOTO

Aut.az

“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

Tərlan Əhmədov “Qəbələ”də

Aut.az

“Qarabağ”da YENİ TƏYİNAT

Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az