Araz Abdullayevin Bakıya qayıdış səbəbi məlum oldu

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Yunanıstanın "Panionios" klubuna transferinin baş tutmamasının səbəbi müəyyənləşib. 
 
Bu barədə "Protathlima" nəşri klubdakı mənbəyə istinadən xəbər yayıb. Mənbə bildirib ki, Abdullayev "Panionios"la müqavilə bağlasa da, müvafiq sənəd Yunanıstan Futbol Federasiyasına təqdim olunmamış Azərbaycana qayıdıb. Klubdan bunu 26 yaşlı yarımmüdafiəçinin anasının səhhətində yaranmış problemlə əlaqələndiriblər. 
 
Hələlik futbolçunun "Panionios"a qayıdıb-qayıtmayacağı bilinmir. Lakin bu transferin baş tutmayacağı güman olunur. Ehtimalları Abdullayevin "Panionios" düşərgəsində çəkdirdiyi fotonu sosial şəbəkədəki hesabından silməsi də təsdiqləyir. 
 
"Qəbələ"dən Sportnet.az-a verilən məlumata görə, futbolçu artıq "Panionios"a satılıb. Bu səbəbdən, Abdullayevin Bakıya qayıtması "qırmızı-qaralar"a dönəcəyi anlamına gəlməməlidir. Futbolçu artıq Yunanıstan klubunun sərəncamındadır. 
Tarix: 11 İyul [18:20]
Oxunub: 98 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az