“Qarabağ” - “Olimpiya” matçının biletləri bu gündən etibarən satışda!

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Sloveniya çempionu “Olimpiya” arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılır.

Sözügedən matçın biletlərini bu gün - iyulun 11-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I - V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 - 15:00))
Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
28 Mall (10:00 - 22:00)
Gənclik Mall (10:00- 22:00)
Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 - 22:00)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)

Tarix: 11 İyul [10:31]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

aut.az

"Qarabağ"dan 4 qol, "Sumqayıt"dan əzmkar qələbə

aut.az

"Qarabağ" - "Qəbələ" START HETƏTLƏR

Aut.az

Azərbaycan yığması Qazaxıstana uduzdu

Aut.az

Futbolçuları avtobus itələdi - Azərbaycanda - FOTO

Aut.az

“Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sumqayıt”a qarşı - BU GÜN

Aut.az

Tərlan Əhmədov “Qəbələ”də

Aut.az

“Qarabağ”da YENİ TƏYİNAT

Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az