"Vətən" Futbol Məktəbində iyrənc olay: Uşağa ayaqqabısını öpdürüb, videosunu yaydı

Bakıda fəaliyyət göstərən “Vətən” Futbol Məktəbində xoşagəlməz hadisə yaşanıb.
Burada uşaqlar döyülür, təhqir olunur, sonra da videoya çəkilərək uşaqlar arasında yayılır.
Bu iddia ilə jurnalist Günay Arda çıxış edib. Övladını “Vətən”ə əmanət edən valideyn uşağının başına gələnləri belə nəql edir:
“”Bakucity” adı ile Minskə getmişdik. Orda olanda Rəsul adlı biri oğlumu döyüb. Sonra ayaqqabısını öpdürərək videoya çəkib. Uşaq bizdən bu hadisəni gizlədib. Döyən və çəkən uşaqlar videonu başqaları arasında yayıblar.
Biz ancaq başqa uşaqlar oğlumu ələ salanda xəbər tutduq. Müəllim Samir Əbdürrəhmanov  isə deyir ki, olur belə şeylər, çox dərinə getməyin”.
Uşağının ciddi psixoloji travma aldığını söyləyən valideyn Samir Əbdürrəhmanovla söhbət edərkən məşqçi heç kimdən çəkinmədiyini söyləyib. O, AFFA-nın Məşqçilər Komitəsinin sədri olan dayısı Vaqif Sadıqova güvəndiyini bildirib.
Günay xanım məsələ ilə bağlı Prokurorluğua müraciət edəcəklərini bildirib. Onun sözlərinə görə, məlum videodan müəllimin də xəbəri var, bütün uşaqların valideynlərinin də.

Qeyd edək ki, iyrənc olayların cərayən etdiyi “Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.
Xatırladaq ki, gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.
Tarix: 9 İyul [18:14]
Oxunub: 507 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az