Həndbol üzrə Avropa çempionatı başa çatdı

İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa çempionatı başa çatıb.
Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli komandası sonuncu oyun günündə Gürcüstan yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 23:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionatın qızıl medalına finalda Fransa kollektivini 31:30 hesabı ilə məğlub edən Macarıstan millisi sahib olub. İlk üçlüyü İsveçrədən 26:18 hesabı ilə üstün olan Rumıniya təmsilçiləri qapayıblar. Azərbaycan həndbolçuları isə turnirdə 20-ci yerdə qərarlaşıblar.
Yarışda ilk yeddi yeri tutan Macarıstan, Fransa, Rumıniya, İsveçrə, Çexiya, Niderland və İspaniya yığmaları gələn il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına vəsiqə qazanıblar.
Tarix: 7 İyul [22:18]
Oxunub: 46 dəfə
Müəllif: Aut.az

Ukrayna mətbuatı: Qriqorçuk “Astana” ilə yollarını ayırıb

Aut.az

Günün oyunları - TV

Aut.az

İkiqat dünya çempionumuz Türkiyə millisinə keçmək istəyir - FOTOLAR

Aut.az

Rövnəq Abdullayev təlim-məşq bazasının açılışında

Aut.az

Günün oyunları - TV

Aut.az

Türkiyə dünya çempionatlarında ilk medalını 17 il sonra qazandı

Aut.az

"Bu şəxsin yalançı olduğunu anlamaq üçün..." - Azərbaycanda

Aut.az

Məğlubedilməz çempion rusiyalını da nokauta göndərdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Bakıya beynəlxalq yarışa gələn avropalılar: "Burada topu da bizə pulla verirlər"

Aut.az