Elxan Məmmədov pul ayırmaqdan imtina etdi, pasportlar geri qaytarıldı!

Deyəsən, AFFA-da əməlli-başlı maliyyə böhranı yaşanır.

Azərbaycanlı futbol hakimlərinin bu yay Bolqarıstanda təlim-məşq toplanışı nəzərdə tutulmuşdü. Amma adının açıqlanmasını istəməyən hakimlərdən birinin Komanda.az-a verdiyi məlumata görə, Bolqarıstan toplanışı ləğv olunub. Artıq referilərin pasportları da özlərinə qaytarılıb.

Hakimlərin ölkə daxilində təlim-məşq toplanışının təşkil olunub-olunmayacağı isə məlum deyil.

Bolqarıstanda planlaşdırılan təlim-məşq toplanışının baş tutmamasının səbəbinə gəlincə, bizdə olan məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov bu hazırlıq üçün pul ayırmaqdan imtina edib.

Federasiya bir müddət əvvəl AFFA yanında Media Komitəsi ilə bağlı da oxşar addımı atmışdı. AFFA-nın konfransında Media Komitəsinin fəaliyyətini davam etdirəcəyi, komitənin iş prinsipi ilə bağlı məsələyə İcraiyyə Komitəsinin iclasında baxılacağı bildirilsə də, bunların heç biri olmadı. Nəticədə, AFFA ilə idman mediası arasındakı ortaq layihə olan Media Komitəsi səssiz-səmirsiz ortadan çıxdı.

Görünən odu ki, AFFA-da ciddi maliyyə problemi var. Yoxsa Elxan Məmmədov niyə Bolqarıstan toplanışına federasiyanın büdcəsindən pul ayırmaqdan imtina etsin?

Tarix: 5 İyul [11:50]
Oxunub: 226 dəfə
Müəllif: Aut.az

Ukrayna mətbuatı: Qriqorçuk “Astana” ilə yollarını ayırıb

Aut.az

Günün oyunları - TV

Aut.az

İkiqat dünya çempionumuz Türkiyə millisinə keçmək istəyir - FOTOLAR

Aut.az

Rövnəq Abdullayev təlim-məşq bazasının açılışında

Aut.az

Günün oyunları - TV

Aut.az

Türkiyə dünya çempionatlarında ilk medalını 17 il sonra qazandı

Aut.az

"Bu şəxsin yalançı olduğunu anlamaq üçün..." - Azərbaycanda

Aut.az

Məğlubedilməz çempion rusiyalını da nokauta göndərdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Bakıya beynəlxalq yarışa gələn avropalılar: "Burada topu da bizə pulla verirlər"

Aut.az