MOK sədrinin mühafizəçisi saxlanıldı

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) sədri, "Çiçəklənən Ermənistan" Partiyasının sədri və Ermənistan Milli Yığıncağının deputatı Qagik Tsarukyanın mühafizə xidmətinin rəisi Eduard Babayan saxlanılıb.
 
Bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib. O deyib ki, E.Babayan insident zamanı adı açıqlanmayan şəxsə ağır fiziki xəsarət yetirməkdə şübhəli bilinir. Hazırda mühafizə xidməti rəisinin evində axtarışın aparılması barədə vəsatət hazırlanır.
 
İyulun 2-də axşam saatlarında "Ermənistan" Tibb Mərkəzinə 1968-ci il təvəllüdlü kişi sınıq və zədələrlə müraciət edib. İlkin məlumatlara əsasən, o, "Olimpavan" İdman Kompleksində döyülüb. Hadisə yerindən qan izləri aşkarlanıb. Faktla əlaqədar cinayət işi qaldırılıb, ekspertlər təyin olunub.
 
Zərərçəkən iddia edir ki, onu əvvəlcə Q.Tsarukyan, daha sonra E.Babayan vurub. İnsidentin şahidləri isə Ermənistanın fövqəladə hallar naziri Qraçya Rostomyanla MOK sədrinin müavini Derenik Qabrielyan olub.
 
Zərərçəkənin sözlərinə görə, Rusiya vətəndaşı olan oğluna boks üzrə dünya çempionluğu qarşılığında Q.Tsarukyan mükafat vəd edib. Lakin onun oğlu hazırda həqiqi hərbi xidmətdən yayındığı üçün axtarışdadır. ("Report")
Tarix: 3 İyul [17:40]
Oxunub: 51 dəfə
Müəllif: Aut.az

Ukrayna mətbuatı: Qriqorçuk “Astana” ilə yollarını ayırıb

Aut.az

Günün oyunları - TV

Aut.az

İkiqat dünya çempionumuz Türkiyə millisinə keçmək istəyir - FOTOLAR

Aut.az

Rövnəq Abdullayev təlim-məşq bazasının açılışında

Aut.az

Günün oyunları - TV

Aut.az

Türkiyə dünya çempionatlarında ilk medalını 17 il sonra qazandı

Aut.az

"Bu şəxsin yalançı olduğunu anlamaq üçün..." - Azərbaycanda

Aut.az

Məğlubedilməz çempion rusiyalını da nokauta göndərdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Bakıya beynəlxalq yarışa gələn avropalılar: "Burada topu da bizə pulla verirlər"

Aut.az