"Qarabağ" Şotlandiya millisinin üzvünü transfer edir

"Qarabağ" daha bir qapıçıya təklif göndərib.
 
Azərbacan çempionu şotland qolkiper Con Maklaflini heyətinə qatmaq istəyir. Ağdamlılar 30 yaşlı qapıçıya  2 illik müqavilə təklif edib. Müqavilənin detalları açıqlanmasa da, şərtlərin əlverişli olduğu bildirilir.
 
Qeyd edək ki, Maklaflin 2017/18 mövsümündə Hotlandiyanın "Harts" klubunda çıxış edib (33 oyun). O, əvvəllər İngiltərənin "Harrogate Railvay", "Harrogate Taun", "Bredford" və "Barton" klublarında çıxış edib. Qolkiper bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib.
 
Onu da qeyd edək ki, "Qarabağ" bundan əvvəl İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçenzo Fiorilloya təklif göndərib.
Tarix: 22 İyun [11:40]
Oxunub: 103 dəfə
Müəllif: Aut.az

AFFA "Ağsu"-nu çempionatdan kənarlaşdıracaq: şübhəli oyunlara görə

Aut.az

"Qarabağ"da istirahət başa çatdı

Aut.az

"Ansi Azərbaycandakı ən yaxşı səfirimiz idi" - Albaniya prezidenti

Aut.az

"Qarabağ"ın futbolçusu Fransa ilə oyuna çağırıldı

Aut.az

Ruslan Əmircanov ata oldu

Aut.az

“Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

Aut.az

Həmidov Ruslan klub prezidenti oldu

Aut.az

"Qarabağ" sınaqçı-rəqib tapdı

Aut.az

Əfran əməliyyat olundu - FOTO

Aut.az

“Bizə Qurban Qurbanov kimi dürüst insan lazımdı" - Abdulbari Gözəl

Aut.az