"Neftçi" legionerlərini bazaya buraxmadı

"Neftçi"nin legionerləri - Lukas Qomes və Mayk Kampaz komandanın bugünkü səhər məşqinə buraxılmayıb. Bu barədə Qomes öz "Instagram" hesabında paylaşım edib.

Kampasla birgə fotosunu paylaşan forvard bu gün klubun təlim-məşq bazasına gəldiklərini ancaq qapıdan içəri buraxılmadıqlarını bildirib:

"Bu gün digər futbolçularla birgə klubun bazasına getdik. Ancaq Mayk Kampasla məni içəri buraxmadılar. Bizə əvvəlcədən bununla bağlı heç nə deyilməmişdi. Peşəkar futbolçu olaraq öz haqlarımızı qorumalıyıq. Klubdan dekabradək davam edən müqavilənin şərtlərinə əməl etməyi tələb edirik".

"Neftçi" rəhbərliyi çıxışından narazı qaldığı sözügedən futbolçuları komandadan göndərmək istəyir. Ancaq onlar müqavilənin ləğv olunmasına razı deyillər.
Tarix: 21 İyun [14:30]
Oxunub: 251 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az