İran millisində neçə azərbaycanlı var? – ŞOK MƏQAMLAR!

İran millisi Rusiyada keçirilən dünya çempionatında Mərakeş üzərində qazandığı qələbədən (1:0) sonra diqqətləri üzərinə çəkib.
 
İran yığmasında diqqət çəkən məqamlardan biri də komandada azərbaycanlı futbolçu sayının az olmasıdı.
 
Qəribədi ki, 2006-cı il Dünya Çempionatına qatılan millinin əksər oyunçuları azərbaycanlılardan ibarət olsa da, 2014-cü ildəki turnirdə Azərbaycan əsilli oyunçuların sayı yarıya qədər azalıb.
 
Hazırda isə komandada yalnız 1 azərbaycanlı var. Bu, komandanın əsas qol silahı, Yunanıstanın "Olimpiakos” klubunun şərəfini qoruyan hücumçu Kərim Ənsarifərddİ.
 
Son illərdə İran yığmasında azərbaycanlı futbolçuların sayının kəskin azalması birmənalı qarşılanmır. Məsələ ilə bağlı danışan Güney məsələləri üzrə ekspert Əlirza Zamani bildirib ki, Güney Azərbaycanda futbolun inkişafına böyük əngəllər törədilir:
 
"Ona görə ki, Güneydə futbol həm də milli məsələ halını alıb. Təbrizin "Traktor” klubunun timsalında futbol siyasi mübarizəyə çevrilib. İran rejiminin təzyiqlərinə, məhdudlaşdırma siyasətinə məruz qalan azərbaycanlılar məhz "Traktor” ətrafında milli mübarizə havası yaradıblar.
 
Buna görə də İran Güney klublarına müəyyən sanksiyalar tətbiq edir. Əvvəllər "Traktor” klubu xeyli ulduz futbolçu yetişdirirdi, son vaxtlar bunun sayının azalması, hətta yox dərəcəsinə düşməsi birbaşa İran hökumətinin Güney Azərbaycanda yürütdüyü siyasətin bir parçasıdır”.
 
Sözsüz ki, rəsmi Tehranın bu siyasəti dolayısı ilə İran futbolunun inkişafına əngəl törədir. Belə ki, Güney Azərbaycan daim İran futboluna güclü futbolçular qazandırıb.
 
Təkcə İran futbol tarixinin ən çox qol vuran futbolçusunun əslən azərbaycanlı Əli Dayi olması buna əyani sübutdur. O, İran yığma komandasında çıxış etdiyi 149 oyunda 109 qol vurub.
 
Hazırkı İran yığmasındakı futbolçuların əksəriyyəti Tehran klublarında və Avropa komandalarında oynayan fars əsilli oyunçulardır.
Tarix: 21 İyun [14:45]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya gümüş medal veriləcək

Aut.az

Millimizin üzvü Braziliya klubunda

Aut.az

Azərbaycanlı hakim Hollandiya - Almaniya matçına təyinat alıb

Aut.az

“Fənərbaxça”nın arzusu ürəyində qaldı

Aut.az

Premyer Liqa klubundan 20 milyonluq transfer

Aut.az

Canfranko Zola "Çelsi"də

Aut.az

Futbol tarixinin ən bahalı müdafiçi transferi

Aut.az

Venesuela yığmasının forvardı İtaliya A Seriyasında

Aut.az

1 il yaşıl meydanlardan uzaq qalacaq

Aut.az

Yaya Ture “Beşiktaş”?

Aut.az