Özümü burada çox yaxşı hiss edirəm - Emin Mahmudov

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Müqaviləsinin 2 il müddətinə artırılmasından danışan futbolçu yeni baş məşqçinin rəhbərliyi altındakı məşqlər haqda təəssüratlarını bölüşüb:

- "Neftçi”də daha iki il qalacaqsız. Müqavilənin uzadılması barədə çox fikirləşdiz?
- Danışıqlar müəyyən müddət davam etdi və nəticədə biz hər iki tərəfi razı salan ortaq məxrəcə gəldik. Çox şadam, çünki "Neftçi”də qalmaq istəyirdim. Özümü burada çox yaxşı hiss edirəm. Rəhbərliklə, komanda yoldaşlarımla, xüsusilə ən çətin vaxtlarımda mənə dəstək olan azarkeşlərlə çox yaxşı münasibətlərim var.

- Son mövsüm uğurlu başa çatsa da, komanda üçün çox çətin alındı. Buna baxmayaraq, futbolçular ancaq iki həftə dincələ bildilər. Ötən mövsümdən qalan yorğunluğu hiss edirsizmi?
- İki həftə? (gülür) Mən milli komanda ilə toplanışlarda oldum deyə, ancaq altı gün dincələ bildim. Təbii ki, müəyyən yorğunluq var, amma biz artıq növbəti mövsümə köklənməliyik. Həm də, yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq. Onun iş üslubu ilə, verdiyi tapşırıqlarla tanış olmalıyıq. Odu ki, işimiz kifayət qədər çoxdu.

- Roberto Bordin komandaya dörd məşq keçib. Təəssüratlarınız necədi?
- Bu, standart məşqlər idi. Qaçışlarla kifayətlənirdik, ancaq dünən topla işlədik. Formamızı bərpa edirik, ona görə də ilk təəssüratlardan danışmaq çətindi.

- İyunun 20-də "Neftçi”nin Avropa Liqasında ilk rəqibi müəyyənləşəcək. Potensial rəqiblərə baxmısızmı?
- Bəli, siyahını görmüşəm, amma demək olmaz ki, hər hansı bir komandanı yaxşı tanıyıram. Düzdü, potensial rəqiblərimizin heç biri o qədər də güclü çempionatlarda oynamır, amma bu o demək deyil ki, bizə asan olacaq. Dünya çempionatı zəif rəqiblərin qalmamasını açıq-aşkar göstərdi. Braziliya və Argentina heç-heçə etdilər, Almaniya məğlub oldu. Özümüzə əmin olmalıyıq, amma eyni zamanda rəqibi düzgün qiymətləndirməliyik.

- Yeni transferləri necə qiymətləndirirsiz?
- Baqali Dabonun yüksək səviyyəyə malik futbolçu olduğu hamıya məlumdu. O, ötən mövsümün ən məhsuldar oyunçusudu. Dario Frederiko isə diqqətimi elə "Kəpəz”də cəlb etmişdi. Çox yaxşı futbolçudu. Rəşad Eyubovla Tural Axundovu da tanıyıram. Şadam ki, onlar artıq bizə qoşulub. Xorvatiyalı Slavko Braliçə də komandamızda uğurlar arzulayıram. Rəhbərlik uğur qazanmaq üçün lazımı işlər görür. İnanıram ki, həm yeni futbolçular, həm də komandada olanlar bu mövsüm üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirəcəyik.

Tarix: 19 İyun [21:15]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Elədi, “Gedin, sabah gələrsiz”!

Aut.az

"Turan Tovuz"un Müşahidə Şurasının yeni üzvləri təqdim olundu - FOTOLAR

Aut.az

Gəncədə yeni futbol komandası yaradıldı

Aut.az

Azərbaycan Premyer Liqası: 6-cı turun təyinatları açıqlandı

Aut.az

“Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

Aut.az

"Sumqayıt"ın məşqçisi hakimi vurdu -10 oyunluq cəza aldı

Aut.az

AFFA Samir Abasovla Bordini cəzalandırdı

Aut.az

Qurban Qurbanov FİFA-nın sorğusunda kimə səs verib?

Aut.az

UEFA-dan “Qarabağ”a milyonlarla avro!

Aut.az

İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

Aut.az